“Mançester Siti”nin Rodri ilə bağlı planı
“Mançester Siti” yarımmüdafiəçisi Rodri Hernandesin müqaviləsini 2029-cu ilə qədər uzatmaq niyyətindədir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu eyni zamanda, ispaniyalı futbolçunun maaşını həftəlik 180 000 funt-sterlinqdən (209 min avro) 300 min funt-sterlinqə (349 min avro) yüksəltmək niyyətindədir.
“Şəhərlilər”in rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra yeni müqavilənin müzakirəsinə başlamağı planlaşdırır.
Rodri 2019-cu ilin yayında “Atletiko”dan “Mançester Siti”yə keçib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 27 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 247 matçda iştirak edib, 25 qol vurub və 28 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin