
“Mançester Siti” “Real”ın futbolçusu üçün danışıqlara başlayıb
“Mançester Siti” “Real”ın braziliyalı hücumçusu Rodriqonu transfer etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ilkin danışıqlar aparıb və görüş müsbət nəticə ilə başa çatıb.
“Mançester Siti” Rodriqoya müddəti 2030-cu ilə qədər olan müqavilə təklif etməyə hazırdır ki, niyyətlərinin ciddiliyini nümayiş etdirsin. Son qərar isə oyunçunun üzərindədir. Rodriqo ayrılmaq istəsə, “Real” onu 100 milyon avroya buraxacaq.
24 yaşlı futbolçu son mövsümdə bütün turnirlər daxil olmaqla 54 oyunda çıxış edib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin