MS “Real”ın hədəfindəki futbolçu ilə müqavilə bağlamağa hazırlaşır

“Mançester Siti” yarımmüdafiəçisi Rodri Hernandesi uzun müddət komandada saxlamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı futbolçu ilə tez bir zamanda yeni – uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.

Rodrinin xidmətində “Real” da maraqlıdır, lakin “kral klubu” onun “Mançester Siti”də aldığı maaşı verməyə hazır deyil.

28 yaşlı yarımmüdafiəçi hazırda oktyabrda veriləcək “qızıl top”u qazanmaq üçün favoritlərdən biridir. O, yayda İspaniya millisinin Avropa çempionatında qalib gəlməsinə kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button