“Real Sosyedad”ın Odeqard zarafatı

İngiltərənin “Mançester Siti” klubunun heyətini yeni futbolçu ilə gücləndirdiyi açıqlanıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” “Real”ın futbolçusu Martin Odeqardı icarə əsasında heyətinə qatıb. Son olaraq icarə əsasında “Real Sosyedad”da çıxış edən norveçli hücumçu, mövsümün sonunadək “Mançester Siti”nin şərəfini qoruyacaq. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Lakin az sonra klub xəbəri təkzib edərək, bunun zarafat olduğunu bildirib.

Futbolçunun “Real Sosyedad”la icarə müqaviləsi 2021-ci ilin iyununadək nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button