MS Qvardiola ilə danışıqlar aparır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini uzada bilər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, tərəflər yeni sözləşməni müzakirə edirlər. İspaniyalı mütəxəssis müqaviləsini bir mövsüm uzada bilər.
Qvardiola ilə “Mançester Siti” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq. O, 2016-cı ildən “şəhərlilər”i çalışdırır. “Mançester Siti” onun rəhbərliyi altında İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Qvardiolanın komandası Premyer Liqanın cari mövsümünün 7 turundan sonra 17 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin