MS Qvardiola ilə danışıqlara başlayacaq
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola tezliklə İngiltərə klubu ilə müqaviləsini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” rəhbərliyi ispaniyalı mütəxəssisə 2027-ci ilə qədər olan yeni müqavilə təklif etmək niyyətindədir.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Danışıqlar yaxın həftələrdə başlayacaq.
52 yaşlı məşqçi 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda beş dəfə İngiltərə çempionatının, iki dəfə İngiltərə kubokunun və superkubokunun, bir dəfə Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin