“Mançester Siti” Qvardiola ilə bağlı qərar verib

“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərləri ispaniyalı mütəxəssisə açıq mesaj çatdırıblar: Komanda UEFA Çempionlar Liqasında uğursuz çıxış etsə, Qvardiola ilə yollar ayrılacaq.

“Şəhərlilər” üçün turnirdə minimum hədəf 1/4 finala qədər irəliləməkdir. Komanda daha erkən mərhələdə mübarizəni dayandırsa, bu, Qvardiolanın gedişi ilə nəticələnəcək.

Qvardiolanın klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. Onun komandası Çempionlar Liqasının ilk iki oyununda 4 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button