“Mançester Siti” Qrilişlə yollarını ayıracaq

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş yay transfer pəncərəsində İngiltərə klubunu tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi mövsümöncəsi toplanış başlamamış futbolçunun transferi ilə bağlı qərar verməyə hazırlaşır.

29 yaşlı yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button