“Mançester Siti” futbolçusu ilə vidalaşdı – rəsmi
İngiltərənin “Mançester Siti” klubu qapıçısı Klaudio Bravo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı qolkiperlə başa çatan müqavilə yenilənməyib.
2016-cı ilin avqustundan “Mançester Siti”də oynayan Bravo, “şəhərlilər”in heyətində 61 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin