“Mançester Siti” qapıçısı ilə bağlı qərar verib

“Mançester Siti” qapıçısı Edersonun gələcəyi ilə bağlı qərar qəbul edib.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı qolkiperi saxlamaq istəyir və müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır. 31 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Ederson “Mançester Siti”yə 2017-ci ilin yayında “Benfika”dan keçib. O, bu müddət ərzində 338 rəsmi oyun keçirib, 261 qol buraxıb.

Edersonun adı yayda Səudiyyə Ərəbistanı çempionatı ilə yanaşı hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button