İddia: “Mançester Siti” qanunsuz qazanc əldə edib
“Mançester Siti” 2012/13 mövsümündə qanunsuz şəkildə 30 milyon funt-sterlinq qazanc əldə edib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən naməlum şəxs İngiltərə təmsilçisinin hesabına iki dəfə 15 milyon funt-sterlinq dəyərində transfer gerçəkləşdirib.
Ödənişlər telekommunikasiya şirkəti olan “Etisalat” vasitəsilə, sponsorluq ödənişləri adı ilə həyata keçirilib. UEFA bunu klub sahiblərinin qeyri-qanunu ödənişi kimi dəyərləndirir.
Öncədən İngiltərə Premyer Liqası rəsmiləri “şəhərlilər”i 115 maliyyə pozuntusunda ittiham etmişdi. Belə ki, Mançester təmsilçisinin 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər maliyyə feyr-pley qaydalarını pozduğu iddia edilirdi.
İddialar sübuta yetirilsə, “Mançester Siti”nin Premyer Liqadan qovulması ilə yanaşı, bir sıra ciddi cəzalarla üzləşməsi gözlənilir.
Bizi Facebook-da izləyin