“Mançester Siti”də yeni müqavilə – rəsmi
“Mançester Siti” yarımmüdafiəçi Rodri ilə müqaviləni uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu bu kluba keçməklə karyerasının ən düzgün qərarını verdiyini deyib:
“Mançester Siti”yə keçmək karyeramın ən yaxşı qərarıdır. İlk saniyədən klubu bəyəndim. Azarkeşlər məni çox yaxşı qarşıladılar. Səviyyəmi mükəmməl şəkildə qaldırdım, buna görə Pep Qvardiola və onun heyətinə təşəkkür etmək istəyirəm. Onlar mənə potensialımı maksimum dərəcədə artırmağa kömək edəcəklər, onların əməyini yüksək qiymətləndirirəm”.
26 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Rodri “Mançester Siti”yə 2019-cu ilin iyulunda “Atletiko”dan keçib. O, ötən mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 46 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin