Qvardiola təsdiqlədi: Braziliyalı ilə müqavilə yenilənəcək

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola vinger Savinyo ilə müqavilə müddətinin uzadılacağını təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə belə söyləyib:

“Biz Savinyonu saxlamaq istədiyimizə tam əmin idik. Ola bilsin ki, onun üçün təkliflər klub üçün kifayət qədər yaxşı deyildi. Yaşını nəzərə alsaq, o, ötən mövsüm kifayət qədər çox oynadı. O, hər iki cinahda oynaya bilir və inanılmaz sürətə malikdir. O, əla oyunçudur”.

“Tottenhem” yayda braziliyalı oyunçunu almağa çalışsa da, MS bu təklifi rədd edib.

Savinyonun “şəhərlilər”lə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button