MS daha bir futbolçusu ilə vidalaşmağa hazırdır
“Mançester Siti” yay transfer pəncərəsində Bernardo Silvanı satmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 28 yaşlı futbolçu üçün 85 milyon funt-sterlinqlik (99 milyon avro) təklifi qəbul etməyə hazırdır.
Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubları portuqaliyalı ilə maraqlanır. Öncədən Silvanın Paris klubuna keçmək istədiyi bildirilirdi.
Bernardo Silva 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində 54 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Almaniya millisinin üzvü İlkay Gündoğan da yay transfer pəncərəsində “Mançester Siti”dən ayrılıb. O, İspaniyanın “Barselona” klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin