MS belçikalı futbolçu ilə bağlı qərarsızdır

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin gələcəyi müzakirə mövzusu olaraq qalır.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, belçikalı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. “Şəhərlilər” yaxın gələcəkdə De Bruyne ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara getməyi planlaşdırmırlar.

Kevin De Bruyne 2015-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, bu komandanın heyətində 382 oyun keçirib, 102 qol vurub və 170 məhsuldar ötürmə edib.

32 yaşlı yarımmüdafiəçi özü də hansısa mərhələdə Səudiyyə Ərəbistanı klubuna keçə biləcəyini etiraf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button