MS onu İngiltərədə ən çox qazanan futbolçu edir
İngiltərənin “Mançester Siti” klubu futbolçusuyla danışıqlara başlayır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Rahim Sterlinqlə müqavilənin müddətini uzatmaq niyyətindədir. 24 yaşlı futbolçuyla bir il əvvəl 300 min funt-sterlinq dəyərində müqavilə imzalayan Mançester klubu, yeni şərtlərlə uzunmüddətli – 2023-cü ilədək nəzərdə tutulacaq sözləşmə imzalamağı planlaşdırır. Yeni müqaviləyə görə, Sterlinq Premyer Liqada ən çox qazanan futbolçu olacaq.
İngiltərəli vinger “Real” və “Barselona”nın transfer hədəfindədir.
2015-ci ildə “Liverpul”dan “Mançester Siti”yə keçən futbolçu, cari mövsümdə iştirak etdiyi 17 oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin