“Mançester Siti” onu dünyanın ən bahalısı edəcək

“Lester”in futbolçusu Benjamin Çilvell “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı sol cinah müdafiəçisini komandanın heyətinə cəlb etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Lester”in Çilvell üçün “Mançester Siti”dən 84 milyon avro tələb etdiyi bildirilir. Transfer reallaşacağı təqdirdə, ingilis futbolçu dünyanın ən bahalı müdafiəçisi olacaq.

Hazırda dünyanın ən bahalı müdafiəçisi Vircil van Daykdır. “Liverpul” holland müdafiəçini “Sauthempton”dan 78,8 milyon avro qarşılığında transfer etmişdi.

“Lester”in yetirməsi olan Çilvell, bu mövsüm Premyer Liqada 27 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button