“Mançester Siti” onları bir aylıq itirdi
İngiltərənin “Mançester Siti” klubu ciddi itkilərlə üzləşib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Fernandinyo ilə mərkəz müdafiəçisi Emerik Laport təxminən bir aylıq sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu Liqa Kubokunun finalında “Çelsi”yə qarşı oyunda (0:0, penaltilər 4:3) zədələnib.
Fernandinyo ilə Laport Premyer Liqa çərçivəsində “Vest Hem”, “Bornmut” və “Uotford”la, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şalke”ylə cavab oyununda “Mançester Siti”yə kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin