“Mançester Siti” ona yeni müqavilə təklif edəcək

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker komandada qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçuya yeni müqavilə təklif edəcək. Bununla da, rəhbərlik Uolkeri klubu tərk etməkdən çəkindirməyə çalışacaq.

Almaniyanın “Bayern” klubu ingilis müdafiəçi ilə yaxından maraqlanır.

Uolker 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button