MS 127,5 milyon dollar ödəyə bilər – Braziliyalı üçün

“Mançester Siti” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş üçün mübarizədə PSJ-ni qabaqlayır.

Komanda.az AS-a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu üçün 127,5 milyon dollar ödəməyə hazırdır. MS Gimarayeşin Rodri ilə birlikdə yarımmüdafiədə oynamasını istəyir.

Daha əvvəl PSJ-nin də futbolçu ilə müqavilə bağlamaqda maraqlı olduğu və 115 milyon avro ödəməyə hazır olduğu bildirilmişdi.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm 39 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button