“Mançester Siti” növbəti transferini açıqladı – Rəsmi

“Mançester Siti” rəsmi saytında yeni transferi ilə bağlı məlumat yayıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in heyətinə əvvəllər “Lion”da çıxış etmiş hücumameyilli yarımmüdafiəçi Rayan Çerki qoşulub. 21 yaşlı futbolçu “Mançester Siti” ilə 5 illik – 2029/2030 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Daha əvvəl mətbuat Çerkinin transferinin “Mançester Siti”yə təxminən 40 milyon avroya başa gələcəyini yazmışdı.

“Mançester Siti” növbəti matçını iyunun 18-də – Klublararası dünya çempionatında “Kasablanka”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button