“Mançester Siti” mükəmməlliyin astanasında oynayır”

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Mançester Siti”nin cari mövsümdəki çıxışından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Mançester Siti”nin mükəmməlliyin astanasında oynadığını bidirib:

“Şəhərlilər” mükəmməlliyin astanasında oynayırlar. Onlarla səhv edə bilməzsiz. Bir neçə dəqiqə ərzində bu komanda rəqib üzərində üstünlüyü ələ ala bilər”.

“Liverpul” İngiltərə Premyer Liqasının 32-ci turundan sonra 71 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Yurgen Kloppun yetirmələri lider “Mançester Siti”dən 2 xal geri qalırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button