“Mançester Siti” “Liverpul” üzərində qələbə ilə superkubok qazandı

Futbol üzrə İngiltərə superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Mançester Siti” ilə kubokun qalibi “Liverpul” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “şəhərlilər” superkubokun qalibi olub.

“Mançester Siti” tarixində 6-cı dəfə İngiltərə superkubokunu qazanıb. Sözügedən klub 1937, 1968, 1972, 2012 və 2018-ci illərdə də oxşar uğura imza atıb.

İngiltərə superkuboku

4 avqust

Liverpul – Mançester Siti 1:1 (penaltilər – 4:5)
Qol
: Matip, 77 – Sterlinq, 12.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button