MY uduzdu, “Çelsi” “Tottenhem”ə qalib gəldi
İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış oyununda baş məşqçi postuna Mikel Artetanı gətirən “Arsenal” “Everton”la qarşılaşıb. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Turnir cədvəlinin 3-cü sırasında yer alan “Mançester Siti” bu turda 2-ci pillənin sahibi “Lester”i qəbul edib və qələbə qazanıb.
Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma azarkeşləri qarşısında “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Amma paytaxt derbisi qonaqların qələbəsiylə yekunlaşıb. “Mançester Yunayted” isə səfərdə “Uotford”a məğlub olub.
Bu tur keçirilməli olan “Vest Hem” – “Liverpul” matçı qonaqların Klublararası dünya çempionatında final oyunu olduğu üçün təxirə salınıb.
İngiltərə Premyer Liqası, 18-ci tur
21 dekabr
Everton – Arsenal 0:0
Aston Villa – Sauthempton 1:3
Qol: Qriliş, 75 – İnqs, 21; 51. Stefens, 31.
Bornmut – Bernli 0:1
Qol: Rodriqes, 89.
Brayton – Şeffild Yunayted 0:1
Qol: Makbörni, 23.
Nyukasl – Kristal Pelas 1:0
Qol: Almiron, 83.
Norviç – Vulverhempton 1:2
Qol: Kentuell, 17 – Saiss, 60. R.Ximenes, 81.
Mançester Siti – Lester 3:1
Qol: Mahrez, 30. İ.Gündoğan, 43-pen. Q.Xesus, 69 – Vardi, 22.
22 dekabr
Uotford – Mançester Yunayted 2:0
Qol: Sarr, 50. Dini, 54-pen.
Tottenhem – Çelsi 0:2
Qol: Villian, 12; 45+4-pen.
Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.
Bizi Facebook-da izləyin