Qvardiola “Bavariya” və “Liverpul”u fərqləndirdi

“Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, Avropanın ən yaxşı komandasının “Bavariya” olduğunu deyib:

“Nəticələrimizdən razıyıq, bunu inkar edə bilmərik. Daha əvvəl heç bir komanda bütün turnirlərdə ardıcıl 20 qələbə qazana bilməyibsə, deməli, bunu etmək çətin işdir. Lakin əsas olan sonda kuboku qazanmaqdır. Qarşıda görməli olduğumuz çox iş var və daha da yaxşı olacağıq.

Düşünürəm ki, Avropanın ən yaxşı komandası “Bavariya”dır. Almanlar ötən il bütün titulları qazanmağı bacarıblar. İngiltərədə isə “Liverpul” Premyer Liqanın son çempionu olduğu üçün ən yaxşıdır”.

“Mançester Siti” hazırda Premyer Liqada 62 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button