Sterlinq: “Xəyalım xaricdə oynamaqdır”
“Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinq açıqlama verib.
Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan ingilis yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istədiyini deyib:
“Futbol mənim üçün ən vacib şeydir. Xəyalım xaricdə oynamaqdır. Artıq Premyer Liqanı yaxşı bilirəm və özümü kənarda sübut etmək istəyirəm. Bunun üçün bir neçə dil də öyrənməliyəm. İspan və fransız dilini çox sevirəm. İndi xaricə getmək imkanım olsaydı, bunu dəyərləndirərdim”.
Sterlinqin adı İspaniyanın “Barselona” klubuyla hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin