Argentinalı hücumçu “Mançester Siti”də
“Mançester Siti” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “şəhərlilər” Argentinanın “River Pleyt” klubundan Xulian Alvaresi transfer edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin Alvaresin keçidi üçün 18 milyon avro qarşılığında “Rivert Pleyt”lə razılaşdığı bildirilib.
İngiltərə klubu 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. Alvares yaya qədər “River Pleyt”də icarədə çıxış edəcək.
Argentina yığmasına da dəvət alan Alvares “River Pleyt”də ümumilikdə 96 oyunda 36 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin