MS kanadalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

“Mançester Siti” qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi “Brügge”də çıxış edən Teycon Byukenendir.

“Şəhərlilər” 24 yaşlı vinger üçün yanvar ayında Belçika klubuna 60 milyon avro ödəməyə hazırdır.

“Brügge” Teycon Byukeneni ötən ilin yanvar ayında “Nyu İnqlend” klubundan transfer edib. Kanadalı hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button