“Mançester Siti” italiyalıdan əl çəkmir
“Mançester Siti” “İnter”in yarımmüdafiəçisi Nikola Barellanı bu mövsümün əvvəlində transfer etmək istəyib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, son anda italiyalı futbolçu klubunu tərk etməyə razılaşmayıb.
Amma “şəhərlilər” 27 yaşlı futbolçu üçün yenidən hərəkətə keçib. “Mançester Siti”nin rəsmiləri Barellanı transferə razı salmaq istəyirlər.
Onun “İnter”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Barella “Kalyari”, “Komo” komandalarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin