“Mançester Siti” ispan futbolçu ilə gücləndi

“Mançester Siti” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu “Portu”dan Niko Qonsalesi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. “Şəhərlilər” bu transfer üçün 60 milyon avro ödəyiblər.

Qonsales bu mövsüm “Portu”nun heyətində 19 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button