Belçikalı futbolçu Premyer Liqanın tarixinə düşdü
“Mançester Siti” İngiltərə Premyer Liqasının 24-cü turunda “Şeffild Yunayted”i məğlub edib – 1:0.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Serxio Aqueronun qolunun məhsuldar ötürməsini edən Kevin de Bruyne yeni rekorda imza atıb. Belə ki, belçikalı yarımmüdafiəçi Premyer Liqada cari mövsümdəki ötürmələrinin sayını 15-ə çatdırıb. De Bruyne Premyer Liqa tarixində üç mövsümdə 15 və daha çox məhsuldar ötürmə edən ilk futbolçu olub.
28 yaşlı yarımmüdafiəçi 2016/17 mövsümündə 18, 2017/18-də isə 16 məhsuldar ötürmə edib. “Mançester Siti” ilə bu mövsüm bütün turnirlər daxil olmaqla 28 oyuna çıxan Kevin de Bruyne, 7 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin