MS milli komandanın üzvünü transfer etmək fikrində deyil

“Mançester Siti” hələ ki, “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etmək fikrində deyil.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “şəhərlilər” bu yay hazırda milli komanda ilə Avropa çempionatında çıxış edən ingiltərəli futbolçunun transferini həyata keçirmək üçün heç bir tədbir görməyib.

“Mançester Siti” ötən yay Eze ilə maraqlanırdı. “Kristal Pelas” yarımmüdafiəçi üçün həddən artıq təzminat istəyib, buna görə də, “şəhərlilər” razılaşmadan imtina edib.

26 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button