“Mançester Siti”dən ayrılan futbolçu La Liqa klubunda
“Mançester Siti” ilə yollarını ayıran Klaudio Bravonun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 37 yaşlı qapıçı karyerasını İspaniyada – “Betis”də davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bravo ilə 1+1 şərtiylə müqavilə imzalanıb.
2016-cı ildə “Barselona”dan “Mançester Siti”yə keçən Bravo, “şəhərlilər”lə 61 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin