“Bu barədə mənimlə heç kim danışmayıb” – Gündoğan
“Mançester Siti”nin və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, “şəhərlilər”dən ayrılmaq istəmədiyini deyib:
“Mançester Siti” ilə müqaviləmi yeniləmək üçün görüşəcəyik. Təbii ki, müqaviləmin müddətini uzatmaq istəyirəm. Burdan ayrılmaq istədiyimi deyə bilmərəm. Eyni zamanda, klub da qalmağımı istəyir”.
Almaniyalı futbolçu, “Borussiya”ya (Dortmund) qayıdacağı ilə bağlı iddiaya belə cavab verib:
“Borussiya”dan heç kimlə danışmamışam. Mənə belə bir maraq varmı, bilmirəm. Bu barədə mənimlə heç kim danışmayıb”.
“Mançester Siti” ilə 2020-ci ilədək müqaviləsi olan futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 50 matçda 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin