
Qvardioladan gələcəyi ilə bağlı vacib açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda komandada qalmaq fikrində olduğunu söyləyib:
“Müqaviləmdə daha iki il var. Ola bilsin ki, müqaviləmi daha iki il uzadacam. Ona görə də, sual ondan ibarətdir ki, nə vaxt dayanacam: bu il, iki ildən sonra, dörd ildən sonra? Mütləq fasilə verəcəm. Amma hazırda özümü yaxşı hiss edirəm”.
İspaniyalı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.
“Şəhərlilər” yeni mövsümün ilk turunda “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



