ÇL: “Bizə tez qol vurdular”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyununda heç-heçə (3:3) haqda fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, hər iki komandanın çox sıx mübarizə apardığını söyləyib:
“Oyun balanslı keçdi. Hər iki komanda həqiqətən də, son həddə qədər mübarizə apardı. Çox sıx mübarizədən sonra heç-heçə. Rəqibə təzyiq göstərərkən çox yaxşı görünürdük. Bacardıqca hər fürsətdən istifadə etməyə çalışırdıq ki, cəld hücuma keçək.
Bizə tez qol vurdular. Düzünü desəm, onların qol vuracağını heç kim gözləmirdi. Amma biz çox yaxşı cavab verdik, 60 dəqiqə yaxşı çıxış etdik. Bununla belə, “Mançester Siti” iki baxımlı qol vurdu. Hədəfimiz oyunçular arasında mükəmməl kombinasiya qurmaq idi. Vinisius Junior və Rodriqo bir-biri ilə mükəmməl birləşir və çoxlu şanslar yaradır”.
Cavab oyunu aprelin 17-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin