“Mançester Siti” 41 milyonluq transferə hazırlaşır
“Mançester Siti” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “şəhərlilər” Premyer Liqa ilə vidalaşan “Bornmut”un müdafiəçisi Natan Akeni transfer etmək istəyir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, “Bornmut”un 25 yaşlı futbolçunu 41 milyon funt-sterlinqə “Mançester Siti”yə satacağı bildirilib.
Son mövsümdə Premyer Liqada 30 oyunda iştirak edən Ake, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin