MS almaniyalı 2 futbolçunu “qaralayıb”

Almaniyalı iki futbolçu qışda “Mançester Siti”nin heyətinə qoşula bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Bayern”lə Leverkuzen “Bayer”inin futbolçularının xidmətində maraqlıdır.

Söhbət Camal Musiala və Florian Virtsdən gedir. “Mançester Siti” zədəli futbolçuların çoxluğuna görə heyəti gücləndirməklə yanaşı, onlara uzunmüddətli əvəzedicilər axtarır.

Hər ikisinin dəyəri 130 milyon avro qiymətləndirilən futbolçulardan Virtsin klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına, Musialanın “Bayern”lə sözləşməsi isə 2026-cı ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button