“Mançester Siti” hazırda ən yaxşı formada deyil” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə superkubokunda “Mançester Yunayted” üzərində qələbədən (1:1, penalti – 7:6) sonra komandasının durumundan danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, komandanın hazırda yaxşı formada olmadığını söyləyib:
“Yeni mövsümə hazır olduğumuzu deyə bilmərəm. “Mançester Siti” hazırda ən yaxşı formada deyil. Nə yaxşı ki, qazanılan kubokla başladıq. Lakin bu qələbə heç nəyi dəyişmədi, bu, reallıqdır”.
“Mançester Siti” Premyer Liqada mübarizəyə “Çelsi”si ilə səfər matçı ilə başlayacaq. Qarşılaşma avqustun 18-də, “Stemford Bric”də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin