“Mançester Siti” Halandı, Haland La Liqanı istəyir
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.
Komanda.az “Diario Sport”a istinadən xəbər verir ki, o, karyerasını davam etdirmək üçün bütün mümkün variantları gözdən keçirir.
İngiltərənin “Mançester Siti” klubu norveçli futbolçunun transferində israrlıdır. Amma Haland özü karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir. Onunla “Barselona” yaxından maraqlanır.
Halandın taleyinə gələn ay aydınlıq gələcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin