MS Halandı bir halda sata bilər
“Mançester Siti” maliyyə pozuntularına görə cəzalandırılarsa, Erlinq Haland komandasını dəyişə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
“Şəhərlilər”ə sanksiya tətbiq edilərsə, “Real” vəziyyətdən yararlanmaq niyyətindədir. “Mançester Siti” yalnız bir halda – komanda İngiltərənin aşağı liqasına düşərsə, norveçli bombardiri ilə ayrılmağa hazır olacaq. “Real”ın prezidenti Florentino Peres 24 yaşlı forvardı almaq üçün 200 milyon avro ayırmaq niyyətindədir.
Haland 2022-ci ildən “Mançester Siti”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin