MS – Haland: 5 illik müqavilə, milyonlarla funt-sterlinq
“Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi üçün 213 milyon funt-sterlinq xərcləməyə hazırlaşır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı norveçli forvardı “Borussiya”dan 64 milyon funt-sterlinqə almaq variantını aktivləşdirəcək.
Xəbərdə, Halandın “Mançester Siti” ilə 5 illik müqavilə əsasında 107 milyon funt-sterlinq qazanacağı qeyd edilir.
Mayın 9-da Dortmund klubunun icazəsi ilə Haland Brüsseldə “Mançester Siti” həkimlərinin iştirakı ilə tibbi müayinədən keçib. Onun “Borussiya”nın bugünkü məşqində və Bundesliqanın son turunun “Herta” ilə oyununda iştirak edəcəyi gözlənilir.
Haland bu mövsüm “Borussiya”nın heyətində 29 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin