“Mançester Siti” futbolçusunu icarəyə verib

“Mançester Siti”nin hücumçusu Coel Ndala karyerasını Niderland çempionatında davam etdirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu hazırkı çempion PSV-də çıxış edəcək. Onun mövsümü PSV-nin əvəzedici komandasında keçirəcəyi ilə bağlı məlumat yayılıb. İcarəyə mövsümün sonunda oyunçunu almaq imkanı daxildir.

Ndala əvvəllər “Port Vale”də oynayıb və 2017-ci ildə “Mançester Siti”nin akademiyasına keçib. O, İngiltərə U18 millisində də 11 oyun keçirib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button