“Mançester Siti” onu ən çox qazanan futbolçu edəcək

“Mançester Siti” futbolçusu Rahim Sterlinqə yeni müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” 24 yaşlı cinah hücumçusunu yeni sözləşmə ilə İngiltərənin ən çox məvacib alan futbolçusu etmək niyyətindədir. “Mançester Siti” rəhbərliyi ingilis oyunçuya həftəlik 450 min funt-sterlinq qazanacağı yeni sözləşmə təklif edəcək.

Hazırda 2023-cü ilə qədər müqaviləsi olan Sterlinqin məvacibi həftəlik 300 min funt-sterlinqdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button