Qvardiola “Fulhem”in futbolçusunu istəyir

“Mançester Siti” rəhbərliyi, eləcə də klubun baş məşqçisi Pep Qvardiola “Fulhem”in yarımmüdafiəçisi Joao Palinyanı transfer etmək istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Mançester Siti” portuqaliyalı futbolçunu transfer etməyi düşünən “Bayern” və “Liverpul”la rəqabət aparmaq niyyətindədir. “Şəhərlilər” yarımmüdafiəçi üçün “Fulhem”ə 70 milyon avro təklif etməyə hazırdır.

Palinya bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button