“Vest Hem” “Vulverhempton”u məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Sauthempton” və “Norviç” kollektivləri üz-üzə gəliblər. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Kristal Pelas” – “Bernli” matçında qalib müəyyənləşməyib. 7 oyundur məğlub olmayan “Mançester Yunayted” autsayder “Uotford”u qəbul edib. “Qırmızı şeytanlar” doğma meydanda 1 xalla kifayətlənməli olub.

“Brayton” evdə “Aston Villa”ya, “Brentford” isə “Nyukasl”a 2 cavabsız qolla uduzub. “Tottenhem” də səfərdə “Lids”ə 4 cavabsız qolla qalib gəlib. Lider “Mançester Siti” isə səfərdə “Everton”la qarşılaşıb. “Şəhərlilər” bu oyunda 3 xalı tək qolla qazanıblar.

Bazar günü “Vest Hem” doğma meydanda “Vulverhempton”u minimal hesabla üstələyib.

İngiltərə Liqa kubokunun final oyunu ilə əlaqədar “Çelsi” – “Lester” və “Arsenal” – “Liverpul” oyunları təxirə salınıb.

İngiltərə Premyer Liqası, 27-ci tur

25 fevral

Sauthempton – Norviç 2:0
Qol
: Adams, 36. Romeu, 88.

26 fevral

Lids – Tottenhem 0:4
Qol
: Doherti, 10. Kuluşevski, 15. Keyn, 27. Son, 85.

Brayton – Aston Villa 0:2
Qol
: Keş, 17. Uotkins, 68.

Brentford – Nyukasl 0:2
Qol
: Joelinton, 33. Uillok, 44.

Kristal Pelas – Bernli 1:1
Qol
: Şlupp, 9 – Milivoyeviç, 46-öz qapısına.

Mançester Yunayted – Uotford 0:0

Everton – Mançester Siti 0:1
Qol
: Foden, 82.

27 fevral

Vest Hem – Vulverhempton 1:0
Qol
: Souçek, 59.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button