“Mançester Siti” dünyanın ən bahalı müdafiəçisinə sahib ola bilər

“Mançester Siti” “Leyptsiq”in müdafiəçisi Yoşko Qvardiol üçün təklif göndərib.

Komanda.az “Sky Sport Deutschland”-a istinadən xəbər verir ki, klub rəhbərləri bir neçə gündür ki, transferin məbləği ilə bağlı danışıqlar aparırlar.

İndi “Mançester Siti” müdafiəçi üçün təkmilləşdirilmiş təklif irəli sürüb: onun üçün 90 milyon avro və bonuslar ödəməyə hazırdırlar.

“Leyptsiq” bu təklifi qəbul etsə, Qvardiol dünyanın ən bahalı müdafiəçisi olacaq. Hazırda bu ünvanı daşıyan “Mançester Yunayted”in keçidi üçün 2019-cu ildə “Lester”ə 87 milyon avro ödədiyi Harri Maquayrdır.

Daha əvvəl “Mançester Siti”nin Qvardiolla şəxsi müqavilənin şərtlərini razılaşdırdığı məlum olmuşdu. “Leyptsiq” futbolçu üçün ən azı 100 milyon avro istəyir.

21 yaşlı xorvat müdafiəçi ötən mövsüm “Leyptsiq”in heyətində bütün turnirlərdə 41 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button