MS De Bruyneyə 110 milyon avroluq əvəzləyici seçib

”Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda komandasını tərk etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ona “varis” axtarmağa başlayıblar. “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons İngiltərə klubunun maraq dairəsinə düşüb. “Mançester Siti” futbolçunu almaq üçün təxminən 110 milyon avro xərcləməyə hazırdır.

Simons bu mövsüm 18 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button