MS De Bruyneni dəyəri 130 milyon avro olan oyunçu ilə əvəzləyə bilər

Kevin De Bruyne gələn il “Mançester Siti”ni tərk edə bilər.

Komanda.az “Sky Germany”-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanına gedərək, “Əl-Nəsr”də Kriştiano Ronaldonun komanda yoldaşı ola bilər.

“Mançester Siti” De Bruynenin yerinə ideal namizəd kimi Leverkuzen “Bayer”indən Florian Virtsi müəyyənləşdirib. Belə ki, “şəhərlilər” almaniyalı futbolçunu almağa çalışacaq.

“Transfermarkt” portalı Virtsi 130 milyon avro dəyərində qiymətləndirir.

21 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 10 oyun keçirib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button