“Mançester Siti”dən De Bruyneyə “xoş gəldin” mesajı
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne zədəsini sağaldıb və ümumi qrupla məşqlərə qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kluba aid səhifələrdə belçikalı futbolçunun “Xoş qayıdışlar” başlığı ilə fotosu paylaşılıb.
De Bruyne sentyabrın 18-də, UEFA Çempionlar Liqasının “İnter”lə matçında əzələsindən zədə almışdı və o vaxtdan meydanda olmayıb.
33 yaşlı futbolçu cari mövsümdə bütün yarışlarda 6 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin